Yarın gerdenine golum salanda
Zülfe dolaşdığı yadıma düşdü
İstedim ki el uzadam goynuna
Düymesin açdığı yadıma düşdü
Sallanıb gelende derdin bilende
El ele çalanda gah gah gülende
Eyleşib galanda pünhan olanda
Deyib danışdığı yadıma düşdü
Aynasın guranda ziynet verende
Zülfünü buranda telin hörende
Goynuma girende golun görende
Hesret sarışdığı yadıma düşdü
Kirpiyin gahanda cana çahanda
Hemayil tahanda enber gohanda
Seyrağıb bahanda evim yıhanda
Kenardan keçdiyi yadıma düşdü
Bi-mürvet elinde yarın elinde
Perişan halımda çeşmim selinde
Hüseyn'in könlünde ezber dilinde
Yanıb alışdığı yadıma düşdü