Nəqarət: x2
Gözlərim, gözlər səni
Əllərim sənə möhtac
Sənə aid bu sətirlərim
Verse: 1
Kömək istərəm yox etməzsən sən kömək
Alınmırsa yox getmə, gəl yenidən biz sevək
Nəyə gərək hər problemdə qorxub qaçıb getmək
Sənsiz yaşamaq, yaşam deyil, mənə lazım ölmək
Bəzən ölüm belə verməz bütün acılara son
Çox istədim, çox yalvardım, 1 dəfə olsa geri dön
Hisslərim çox yalançı, qəlbim yaşar peşmanlıq
Sevgi daim qəlbə qalar, gəldi-keçməz 1 anlıq
1 ümüddü, 1 xəyaldı, bunlar hamsı boş nağıldı
Sən gedişinlə, sanki 1 an dünyam dağıldı
Sanırdım anlayırsan, qavrayırsan sən məni
Bu sevgidən qorxun sən, yaşamadımki mən səni
Bu elə bir dərddi ki, sözlər etməz kifayət
Buraxıb getdin, ortada yoxkən heç bir səbəb
Hər gecə edirəm dualar, nəyə gərək axı bunlar
Sən sən olaraq getmədin, səni aldı onlar
Hərşeyi bir an sən yıxdın, sonunu he düşünmədin
Ovucumun içindəydin qaçıb getdin görmedim
Sənsizlik mənim sonum! Çətin əllərivin həsrəti
Gözlərin ən böyük xəzinəm tapmışdım cənnəti
Nəqarət: x3
Gözlərim, gözlər səni
Əllərim sənə möhtac
Sənə aid bu sətirlərim
Verse: 2
Niyə sən çıxıb getdin, bizi heç düşünmədən
Məndə sevərdim, sevginin atəşində ölmədən
Görmədən bu sevginin əzablarını, yalanlarını
Sevgi yıxar sevənlərin, ümüdlərini, xəyallarını
Sessiz ağlayışlar gizlənir həmişə gözümdə
Bu ayrılıq hekayəsindən mən deyiləm özümdə
Sevgini sonadək daşımaq, çox çətin sanki ağır yük
Dərmanı yox bu dərdin, düşünə bilmədiyin qədər böyük
Qurduğumuz xəyalları seçdin özgəylə yaşamağı
Gözləmə məndən heçbir zaman, bu ayrılıqla barışmağı
Danışmağı istədim sənlə son bir dəfə,
Sevgi çox zəif uduzur həmişə nəfsə,
Olmadı mənimdə bəxtim kədər torunu hördü
Yaşadım, yaşantım sonunda zülümə döndü
Həyat o qədər acımasız ki verdiği herşeyi geri alar sonu gəlməz
Bəzən elə qəm yaşarsan, yalan olsada üz gülməz
Düşüncələrim yer alar, sadəcə boş sətirdə
Yalanlar çox, şübhələr çox məncə artıq sevgidə
Kimi çox sevdiysəm, gözlərimdən itdilər
Çətin gəlir mənə sənsiz iyirmi dördlər yeddilər
Nəqarət: x3
Gözlərim, gözlər səni
Əllərim sənə möhtac
Sənə aid bu sətirlərim