[T] >  [Theador Lyrics] > Yorgun Yorgan Lyric
Sponsored Links

Theador - Yorgun Yorgan

Submitted by:Terish Fan
Published:
Add a new lyric Add a new lyric      Correct this lyricCorrect this lyric
Dövlətim 50-50 əyri oldu
Ailə saxlaya bilməyənlərsə dəli oldu
Bəlli oldu,küçədə tək tənha kim qalar oldu
Kimisi qatar oldu,yol yorğunu atar qırağa hərşeyi

Zamana batar oldu,kimisi yatar oldu
Hərşeyi görərəy, ölkəmin içinə sıçar oldu
Həh,qaçan oldu qorxularından, qırağ oldu 5-10 qəpik vergi qurğularınnan

Qul kimi işlədilir fəhlə,qarşılığ yox
İşdən öncə pul alınır,nolsun həmin adamndan səs-səmir yox
Çörəydə heç xəmir yox,doydurmur əvvəlki kimi hərşey oyuna daxil (heeyf)

Boş ver məxarici ,heç mi mədaxil yox
Müdaxil eləmə işlərə ,ətin düşər quduz dişlərə
Bulduzer bağışlamaz ,palçıq kimi səni də xişlər,
Deyərsən ki nə pox bir işə düşdüm ə.

Bəsdi üşüdüm artıq,isti evdə yaşamaq istərəm
Mən də yaşamaq istərəm, tv`də göstərilən Bakıda
Üstə çıxan əzir batinkaynan,düşünmür altdaki var və yaşama səviyyəsi dar.

Olar mi artığ bi siqaran,tüstülədərkən
Birdən ərgənlər düşdü yadıma, düşünürəm ərkən
Böyüyüb anlayacaqlar,təhsilə tökdüyü pullar
Gedir elə tuz balalara qız yarpaq yelləyərkən.

hərşey asan görünür,çətinin öhtəsindən gələnnən sonra,qorxaq fələydən sorar
xalq dovlet ucun deyil ,dovlet xalq üçündü , deyib düşünün. danışın sonra.


Qaradan atıb maşında,dünyanın o biri başında 15 yaşında əhsən, çıxırsa götün-başından.
Pulun falşından,qaraşınnan sarışının savaşından
Qorxun ha, səhv cavanlığ anlayışından.

Düşünmə başqasını,düşün özünü,düşünə bilmədinsə
Qəlbi saf ,gözün kor,qulağın kar ,qorxu hissi məncə
İçinə sinmədisə mövzum,rədd ol get, tək qalaram
Doğrunu bilərək,susub ,dinmədinsə.

Bakı böyüydü dedilər,siz rahat yerləşin
Onlara fərqi yoxdu,deyir elə ver yeyim eşim.
İllərdi bele böyüdük,şüarımız belə oldu,
Telefonumuz mobilnidi ,əsası səsdi qardaşım.

Bugünlə yetinməklə sabahı nisyə edirik
Nisyə verməyən xalqım ,verdi torpaq.
Sülh ilə həll edirik ,əlimiz cırıq cibdə, elə hey söhbət edirik
Düz iyirmi altı ildir ki, həll edirik (hih ,hih,hih)



Başı bəlalı vətənim
Başım qurban olsun sənə
Qarşında əyildim mən
Əvəzin yoxdur sənin


Başı bəlalı vətən
Başım qurbandır sənə
Qarşında əyildim mən
Əvəzin yoxdur sənin
© 2003-2024 www.alternatifim.com/ All Rights Reserved.