[U] >  [Uran Lyrics] > Milli Düşüncə Lyric
Sponsored Links

Uran - Milli Düşüncə

Album Name:Menasız Şeyler
Submitted by:Enderap
Published:
Add a new lyric Add a new lyric      Correct this lyricCorrect this lyric
Müasir inkşaf. Özün göstərir hər sahədə
Tərifəlayiq. Dəyişir mürəkkəb və olur sadə.
Dünyadan köçən insanların doğulur əvəzi.
Hər cəmiyyəti saxlayır özünə məxsus tərəzi.
Düzəlir bəzi işlər. Yaranır yeni düşüncə.
Bu haqda düşününcə görürük bu söhbət incə.
Xüsusən əgər gənclər içində onu axtarsaq.
Görərik, milli düşüncəmiz addımlayır axsaq.
Ya zəmanə axmaq. Ya da ki, yadlaşır əqidə.
Nəyi gənclər edir təbliq? Nə məruzdu tənqidə?
Cavanlar, oğlan və qızlar, nəyi sayır vacib?
Milli düşüncə öncə, yoxsa iş, əyləncə, məvacib?
Nədir onlarçın 20%, Türkmənçan, Gülüstan?
İrəvan, Yerevan, Göyçə, sevan, zibil ermənistan.
Bayraq. vətən, millət. Ürəyimiz Qarabağ.
Yoxsa gənclər üçün var nəsə bunlardan qabağ?
Niyə himn çalınarkən çıxır sual, qalxaq ya qalxmayaq?
Niyə baxılmalı şeylərə, kor olaq və baxmayaq?
Niyə saxlamayaq ayaq şəhid adları önündə?
Yada salaq Şəhidləri tək Şəhidlərinmi günündə?

Özünü unutma! Heç vaxt!
Dünəni unutma! Heç vaxt!
Ey gənc, milli əqidəyə sənin qəlbindir paytaxt!
Sonda düşün, milli düşüncə sənin gücün.
Tarixin, zəncirləri parçalayan ülgücün!

Əsrin əvvəlində doğan günəş sonunda yeni doğdu.
Axsayan canavar yolunda çox çaqqalı boğdu.
Millət qalxdı. Tarix qalxdı. Azərbaycanım qalxdı.
Ulu bayraq birkərə Xəzərdən dünyaya baxdı.
Bax gənc nəsil, budur əsl milli genetik miras!
Budur ulusoy! Budur azadlıq sevgisində ehtiras!
Güllədən tikilmiş libas. Tanrı dərgahında.
Bayraqlar bayrağı bayrağım qəlb qərargahında!
Bu günündə, sabahında aypara ulduzdu irsi,
Heç bir dövlət və dünya millətlərinin heç birisi
Müdafiə etməz, qorumaz sənin bayrağını, yurdunu, Buna görə bilin gənclər, sevməliyik Ordunu.
Zabitin çiynindəki ulduz çox yaxındı günəşə,
Axı şəhid qanı çəkilər ulduzların yanına, ərşə.
Bayrağını sev, ordunu sev və özün sonunda
Görərsən milli qürur hissi necə çoşar qanında.

Özünü unutma! Heç vaxt!
Dünəni unutma! Heç vaxt!
Ey gənc, milli əqidəyə sənin qəlbindir paytaxt!
Sonda düşün, milli düşüncə sənin gücün.
Tarixin, zəncirləri parçalayan ülgücün!

Sözsüz ki, mən də gənc nəslin bir nümayəndəsi,
Küçə şairiyəm. Bu sətrlər qəlbimin səsi
Qanım damarda çoşar, qaynıyar Xəzər tək
Bə`zən xəyalım azar, gəmilər üzər tək.
Həmişə əzər tək barmağı yük. Adi sonluq.
Bir əl bir zərbə vurar nə vaxt olarsa yumruq.
Biz isə unuduruq. Amma inan çalışır buruq.
Milli düşüncə – qan yaddaşı, qanla qorunan qoruq.
21ci əsr. 21 milyon problem, olsun,
Onda nə deyirsiz, başsız cəsədlər elə-belə qalsın?
Körpələr yenə donsun. Yenə yansın Azərbaycan?
Solsun, üşüsün? Ayrılsınmı könüldən can?!
Uşaqlar böyüsün onlarda görsünmü soyqırım?
Mən istəmirəm. Bəsdi qırıldım, qoy özüm qırım!
Gözünü aç, ayıq ol gənc,
Yetər dəyişdik çox şeyi, mənəvi dəyişmə pis iyrənc!
Mən bilməyim, sən bilmə, heç oda bilməsin,
Bəs onda kim bayraq, millət sevgisin körpəyə öyrətsin?
Artıq bitsin köhnə mahnı. Öncə Vətən!
İzin vermə torpağına sahib çıxsın hər yoldan ötən!

Özünü unutma! Heç vaxt!
Dünəni unutma! Heç vaxt!
Ey gənc, milli əqidəyə sənin qəlbindir paytaxt!
Sonda düşün, milli düşüncə sənin gücün.
Tarixin, zəncirləri parçalayan ülgücün!
© 2003-2024 www.alternatifim.com/ All Rights Reserved.