Soyuq qış gecəsi və isti smslər.
Onun könlü səni istər, qəlbi səni səslər.
Səmimi təmiz hisslər doğar xəyali rəqslər.
Arzularda sənlə bir gələcəyə ümid bəslər.
Sən ona naz edərsən, o sənə 'balam' deyər,
Sən ona hirslənərsən, o inciməz əzizləyər.
Görüşü ləğv edərsən, o isə edər izah,
Yumuşalarsan və görüşərsiz sabah.
İşdən qayıdar, edər zəng. Səsi yorğun.
(Sən onun gücüsən, o sənin duyğun.)
Oxuyar ürəyinin arzu sətrlərin,
(Bacarmazsan) Etməzsən rədd əllərin!
Sevincin, kədərin. Onun var xəbəri (Elnino)
Məhəbbət dənizsə, onun yeri dərin
Görüşdə ehmalca sıxar əlini yavaş, (Uran)
İnan ki, ancaq səninlədir bu qaqaş.
Gözlərini aç, saçlarına çək sığal.
O gözləyir, qaç. Həyatına tək sığal.
Onu itirsən, tapılmaz inan mənə.
Verər ümid sənə, edər güman sənə.
Paxıl rəfiqələrə qulaq asma, qız.
Sən yalan tərəfə keçib, ayaq basma, qız.
Telefonda onun səsi, nahaq susma, qız,
Səndən başqa heç kəsi, inan, pusma, qız, bil…
Onun ömrü, sənin ömrün, (Elnino)
Taleylər bağlıdı.
O boş-boşuna sevmir səni
Bu sevgi nağılıdır. (Uran)
Sevincin, kədərin. Onun var xəbəri (Elnino)
Məhəbbət dənizsə, onun yeri dərin
Görüşdə ehmalca sıxar əlini yavaş, (Uran)
İnan ki, ancaq səninlədir bu qaqaş.
Sevmək deyil xoşa gəlmək, (Elnino)
bu dünya ayrıdır.
Sevmək, sevmək, sevmək ölmək
hərarət ağrıdır.
Susar könül, deyər ruhun…
Gözlərimə bax, oxu!
Qaçar nəzər, çoşar Xəzər…
Sözlərimə bax, oxu!
Sevincin, kədərin. Onun var xəbəri (Elnino)
Məhəbbət dənizsə, onun yeri dərin
Görüşdə ehmalca sıxar əlini yavaş, (Uran)
İnan ki, ancaq səninlədir bu qaqaş.