Nədir nisgil, nədir kədər, bilmirəm,
Ağlayıram, danışmıram, gülmürəm,
Şərik tapıb dərdimidə bölmürəm,
Ağlayıram, yatmıramki gecələr.
Ağrıların dağa qalxıb əlindən,
Ağlayıram yatmıram ki gecələr,
Zülüm, sitəm qalxıb ərşi-əlaya
Çağlayıram, yatmıramki gecələr.